Haqqımızda

Haqqımızda

Haqqımızda

«A&N International Ltd.» 1996-cı ildə təsis edilmiş. beynəlxalq nəqliyyat və logistika fəaliyyəti sahəsində hüquq, idarəetmə, gömrük və konsaltinq xidmətləri göstərir.

«A&N International Ltd.» – beynəlxalq və daxili yük daşımaları sahəsində tam xidmətlər spektridir, Müştərilərinə onların problemlərinin həllində və qarşıda qoyulan məqsədlərin əldə edilməsində məsləhətlər verir və praktiki yardım göstərir. Biz bütün nəqliyyat növləri ilə işləyirik. Daşınmada və gömrük rəsmiləşdirilməsində böyük təcrübəmiz var. Uzun illərdir ki, dünyanın bir çox logistik və nəqliyyat şirkətləri ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri saxlayırıq. Fərdi yanaşma və peşəkarlıq, bizi seçmiş müştərilərin inamını doğrultmaqla, qarşıda qoyulmuş vəzifələrin əminliklə həll edilməsində bizə kömək edir.

Fəaliyyət çərçivəsində təqdim edilmiş bütün məlumatlar yalnız bizim əməkdaşlarımız tərəfindən və yalnız sifarişin yerinə yetirilməsi üçün istifadə olunacaq. Biz, üzərimizə götürdüyümüz bütün öhdəliklərin təmin edilməsinə zəmanət verərək, kompleks xidmətlər göstəririk.

Fəaliyyətimizin mükafatı əməkdaşlığımızın birdəfəlik deyil, daimi xarakter almasından ibarətdir. Həm də, dostlara və tərəfdaşlara tövsiyə edilməyimiz bizim üçün xoşdur.

Şirkətin bu günə olan ştatı yüksək ixtisaslı və böyük təcrübəyə malik olan mütəxəssisləri əhatə edir. Müştəridən logistik prosesdə iştirak etmək tələb olunmur. Lazım olan yeganə şey gömrük əməliyyatları ilə bağlı aşağıdakıları həyata keçirməyə hazır olan mütəxəssislərimizə müraciət etməkdir:

  • malların gömrük rəsmiləşdirilməsi ilə bağlı xidmətləri operativ və lazımi şəkildə Sizə təqdim etmək
  • XİF məsələləri və gömrük işi ilə bağlı məsləhətləşmələr
  • yükün çatdırılmasının sığortalanması və maliyyələşdirilməsi
  • gömrük orqanları ilə hüquqi məsələlərin həllində məsləhətlər vermək
  • optimal logistik marşrutlar, Yükünüzün çatdırılması və ekspedisiyası ilə bağlı hesablamaları Sizin üçün hazırlamaq
  • Sizin mallarınızın tranziti zamanı zaminlik təklif etmək
  • ən yeni İKT nailiyyətlərindən istifadə etmək.

 Biz inkişaf etməyə çalışırıq və yeni layihələri həmişə məmnuniyyətlə qarşılayacağıq.
Bizi seçməklə Siz səriştəli xidmət təchizatçısı və etibarlı işgüzar tərəfdaş əldə edirsiniz.